Aylıq Arxiv: Mart 2026

8 MART- BEYNƏLXALQ QADINLAR GÜNÜ

Hər il mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. […]

Davamı

“AKADEMİK YAZI VƏ ETİKA” FƏNN PROQRAMININ MÜZAKİRƏSİ KEÇİRİLDİ

4 mart 2026-cı il tarixində Azərbaycan dili və Ümumi texniki fənlər və texnologiya kafedralarının birgə iclası keçirildi. İclasda Azərbaycan dili kafedrasının müdiri, professor Telman Ziyatxan oğlu Quliyev və Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Məhəmməd oğlu Cavadovun magistratura təhsil səviyyəsi üçün tərtib etdikləri “Akademik yazı və etika” fənn proqramının müzakirəsi oldu.

Davamı

“OMONİMLƏR VƏ ONLARIN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

4 mart 2026-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Öyrənilən əsas dil fənnindən “Omonimlər və onların səciyyəvi xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilmişdi.Dərs Filologiya ixtisası kurs I və I,II qruplarında təşkil olunmuşdur. Müəllim slaydlardan istifadə edərək omonimlər, onların yaranma yolları növlərindən, omonik hadisələrdən danışdı.Dərs tələbələrlə müsahibə şəklində davam etdi.Tələbələrə omonim və omonim olmayan […]

Davamı

“Money” mövzusuna həsr olunmuş açıq dərs

03 mart 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində “Tərcüməçinin yazı vərdişləri” fənni üzrə müəllim Aysel Mehdiyeva Akif qızının Cutting Edge dərs vəsaitinin Unit 14 – “Money” mövzusuna həsr olunmuş açıq dərsi keçirildi. Açıq dərsin əsas məqsədi tələbələrin yazı bacarıqlarını inkişaf etdirmək, maliyyə və pul mövzusu üzrə leksik ehtiyatlarını zənginləşdirmək, həmçinin mövzunun praktik və […]

Davamı

BU GÜN OD ÇƏRŞƏNBƏSİ QEYD OLUNUR

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Od çərşənbəsinə bəzən xalq arasında “üskü (tonqal) çərşənbə” və ya ocaq çərşənbəsi, “üskü gecəsi”, “xəbərçi çərşənbə” də deyirlər. Od çərşənbəsi Novruz bayramının dörd əsas çərşənbəsindən biridir və xalq inanclarında xüsusi yer […]

Davamı

“Müasir ingilis dili tədrisinin nəzəri əsasları” mövzusunda açıq dərs

26/02/2026-ci il tarixdə Filologiya və Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi p.f.d. Babayeva Arzu Tahir qızının “Müasir ingilis dili tədrisinin nəzəri əsasları” mövzusunda açıq dərsi keçirildi. Müəllim dərs haqqında məlmat verərək bildirdi ki, müasir İngilis dili tədrisi (English Language Teaching – ELT) çoxşaxəli və dinamik bir sahə kimi formalaşmışdır. Bu […]

Davamı