Aylıq Arxiv: Mart 2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Soyqırımı unutmadıq! 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz […]

Davamı

Martın 27-si Azərbaycanda Elm Günüdür

Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf […]

Davamı

İlaxır çərşənbəniz mübarək!

Ölkəmizdə torpaq çərşənbəsi hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini […]

Davamı

“İBTİDAİ SİNİFLƏRDƏ OXU PROBLEMLƏRİ. ƏNƏNƏVİ VƏ STRATEGİYALI OXU” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

16 mart 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aytən Arzulla qızı Əhmədovanın “İbtidai siniflərdə oxu problemləri. Ənənəvi və strategiyalı oxu” mövzusunda Elmi-nəzəri seminarı oldu. Müəllim ilk olaraq oxu problemindən danışdı. Sonra məruzəçi oxunun növlərini ( səsli və səssiz oxu) ənənəvi və strategiyalı oxunun fərqlərini, strategiya ilə oxuyan oxucu qruplarını izah etdi. Aytən Əhmədova məruzəsinin […]

Davamı

“504 Absolutely Essential Words: Terror in the Cemetery” mövzusunda açıq dərs

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində, Leksika və Ölkəşünaslıq kafedrasında Hüseynova Nəzrin Elsevər qızı tərəfindən açıq dərs keçirilmişdir.​Açıq dərsin mövzusu “504 Absolutely Essential Words: Terror in the Cemetery” olmuşdur.​Nəzrin müəllimə qeyd etmişdir ki, lüğət ehtiyatının zənginləşdirilməsi ingilis dilinin tədrisində əsas faktorlardan biridir. O vurğulamışdır ki, yeni sözlərin interaktiv metodlarla, xüsusilə “The Gothic Presentation” […]

Davamı

“Şifahi anlama” fənni üzrə “Xarakter xüsusiyyətləri” mövzusunda açıq dərs

12.03.2016- cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Ağayevanın III kurs tələbələri üçün tədris etdiyi “Şifahi anlama” fənni üzrə “Xarakter xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə insan xarakterinə aid olan xüsusiyyətlərə aid sözlər müəllim tərəfindən slaydlar vasitəsilə təqdim olundu. Tələbələr sözlərlə tanış olub çalışmalar […]

Davamı

“GƏNC QRAMMATİKLƏRİN DİLÇİLİK GÖRÜŞLƏRİ. MOSKVA, QAZAN DİLÇİLİK MƏKTƏBLƏRİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

13 mart 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın Filologiya ixtisası III kurs Fənn : Ümumi dilçilik, “Gənc qrammatiklərin dilçilik görüşləri. Moskva, Qazan dilçilik məktəbləri” mövzusunda açıq dərsi keçirildi.Dərsin əvvəlində müəllim XIX əsrin sonlarında yaranmış olan “Gənc qrammatiklər cərəyanının yaranması inkişafı, nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumat verdi. Sonra bu cərəyanın poqramına […]

Davamı

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ İXTİSASININ TƏLƏBƏLƏRİ PEDAQOJİ TƏCRÜBƏDƏ

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi istisasının IV kurs tələbələri İmamməddin Nəsimi adına 44 saylı məktəb-liseydə sınaq dərsləri keçirlər. Onlar dərslərə ciddi məsuliyyətlə hazırlaşır, müasir təlimin qarşıya qoyduğu tələbləri yerinə yetirməyə çalışırlar. Tələbələrimiz eyni zamanda məktəbin ictimai işlərində də fəallıq göstərirlər.

Davamı

“Müasir dilçilikdə leksik təhlil metodları” mövzusunda seminar keçirildi

03.03.2026-cı il tarixdə Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Ayşən Hüseynovanın “Müasir dilçilikdə leksik təhlil metodları” mövzusunda seminarı keçirildi. Seminarın məqsədi müasir dilçilikdə leksik vahidlərin tədqiqində istifadə olunan metodların elmi və praktiki əhəmiyyətini izah etmək idi. Tədbir çərçivəsində dilin lüğət sistemini öyrənməkdə semantik, komponent və kontekstual təhlil metodlarının rolu müzakirə olundu. Semantik təhlil metodunun sözlərin […]

Davamı

BU GÜN YEL ÇƏRŞƏNBƏSİDİR

Yel çərşənbəsi (və ya Külək oyadan çərşənbə) Novruz bayramı öncəsi qeyd olunan üçüncü çərşənbədir. İnanclara görə, oyanan yel dünyanı dolaşaraq oyanmış su və odu hərəkətə gətirir, yazın nəfəsini gətirir. Bu çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu tökülür. Buna görə bə çərşənbə “Toz çərşənbə” adlanır.Üçüncü çərşənbə bəzi bölgələrimizdə Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin […]

Davamı