





7 aprel 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Məlikova Gülarə Aqaid qızının “Tədris- istehsalat təcrübəsi və onun keçirilməsinin məqsəd və vəzifələri” adlı elmi – nəzəri seminarı keçirilmişdir.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq oluması nəzərdə tutulan yeni qaydalar müəyyənləşdirlmişdir. Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunmuşdur.
Filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün tədris-istehsalat təcrübəsi — nəzəri biliklərin real dil mühitində tətbiq olunduğu, tələbələrin elmi-tədqiqatçı və pedaqoq kimi formalaşmasını təmin edən praktik hazırlıq mərhələsidir. Bu təcrübə Azərbaycan dilinin onomastikası, dialekt və şivələrinin canlı şahidi olmaq və faktoloji material toplamaq üçün respublikanın müxtəlif bölgələrinə təşkil edilən elmi ekspedisiyaları əhatə edir.
Seminarda təcrübənin əsas məqsədi və vəzifələri şərh edildi. Nümunələr slaydlardan istifadə edilməklə iştirakçıların diqqətinə çatdırıldı. Ümumiyyətlə, elmi –nəzəri seminar maraqlı keçdi.