Kateqoriya Arxivləri: Kateqoriyasız

“İnnovasiyanın idarə edilməsi” mövzusunda təlim keçirildi

Gəncə Dövlət Universitetinin (GDU) Müasir Təlim Mərkəzinin təşkilatçılığı ilə Filologiya və Xarici Dillər fakültəsinin birgə əməkdaşlığı çərçivəsində “İnnovasiyanın idarə edilməsi” mövzusunda təlim keçirilib. 20 oktyabr 2026-cı il tarixində GDU-nun 5-ci tədris binasında yerləşən Müasir Təlim Mərkəzində təşkil olunan təlimdə innovasiyaların idarə edilməsi, yeni ideyaların inkişaf etdirilməsi və müasir yanaşmaların tətbiqi məsələlərinə diqqət yetirilib. Təlimi GDU-nun […]

Davamı

18 oktyabr- Müstəqilliyin bərpası günüdür

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.  Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 30 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının […]

Davamı

17 oktyabr Füzuli Şəhəri Günüdür

2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli […]

Davamı

“The Myths and Facts of Happiness” mövzususunda açıq dərs keçirildi

14.10.2026-cı il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Yaqut Hacıyeva tərəfindən Xarici dil bacarıqları fənni üzrə “The Myths and Facts of Happiness; Suffixes Forming Nouns and Adjectives” mövzusunda açıq dərs təşkil edildi. İngilis dili müəllimliyi ixtisasının III kurs tələbələri ilə keçirilən açıq dərsdə “The Myths and Facts of Happiness” mövzusu müzakirə olundu, xoşbəxtlik anlayışının […]

Davamı

“Xarici dilin kommunikativ fonetikası” fənni üzrə  «Всегда звонкие»  mövzusunda açıq dərs keçirildi.

13 oktyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının dosenti  Sevinc Bağırova  tərəfindən “Xarici dilin kommunikativ fonetikası” fənni üzrə açıq dərs təşkil olundu. Dərs Filologiya və xarici dillər fakültəsinin rus dili müəllimliyi ixtisası üzrə 1-cü kurs tələbələri ilə keçirildi. Dərs   zamanı  “Samitlərin kar və cingiltili olmasına görə fərqləndirici əlamətləri” mövzusu təkrar olundu. Tələbələr kar […]

Davamı

“ƏMƏK VƏ MƏRASİM NƏĞMƏLƏRİ ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

13 oktyabr 2026-cı il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəlllimi Pərvanə Quliyevanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kursunda Şifahi xalq ədəbiyyatı fənnindən “Əmək və mərasim nəğmələri” mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir. Dərs müəllim tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris resursları qaydalara uyğun şəkildə tərtib edilmişdi. Dərsdə mövzuya hazırlıq, […]

Davamı

“Tərcümə metodikası” fənni üzrə “Early Theorists” mövzusunda açıq dərs keçirildi

12 oktyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasında baş müəllimi Urqiyə Hacıyeva tərəfindən “Tərcümə metodikası” fənni üzrə “Early Theorists” mövzusunda açıq dərs təşkil olundu. Dərs Filologiya və xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbələri ilə keçirildi. Dərs ingilis dilində aparıldı və iki hissədən ibarət idi. Birinci hissədə […]

Davamı

I kurs tələbələri psixoloji xidmət mərkəzi ilə tanış oldular

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva və psixologiya kafedrasının baş müəllimi Hicran Verdiyeva I kurs tələbələrinə fakültədə fəaliyyət göstərən Psixoloji xidmət mərkəzi haqqında məlumat verdilər. Tələbələrə mərkəzin fəaliyyəti, psixoloji dəstəyin əhəmiyyəti və tələbə həyatında qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılmasında psixoloji xidmətin rolu barədə məlumat təqdim olundu. […]

Davamı