




4 noyabr tarixində rus dili kafedrasının baş müəllimi Piriyeva Leyla tərəfindən III kurs Xarici dil müəllimliyi ( rus dili) ixsisası üzrə tələbələrinə “İdman və nəqliyyat haqqında söhbət” Hərəkət felləri və onların при- / у- ön şəkilçiləri ilə işlənməsi ” adlı mövzu ilə açıq dərs keçirilib. Dərsin əsas məqsədi tələbələrin rus dilində idman və nəqliyyat mövzularında ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.
Dərs zamanı hərəkət felləri, onların при- / у- prefiksləri ilə işlənməsi, «Куда?» və «Откуда?» suallarının düzgün istifadəsi öyrədilir. Həmçinin piyada və nəqliyyat vasitələri ilə hərəkəti bildirən ifadələr izah olunur.
Dərs interaktiv tapşırıqlar, dialoqlar və sual-cavab vasitəsilə təşkil edilir. Tələbələr gündəlik həyatda idman və nəqliyyatla bağlı fikirlərini rus dilində ifadə etməyi, istiqamət bildirməyi və hərəkət fellərindən düzgün istifadə etməyi öyrənirlər.
Dərsdə Filoliğıya və Xarici dillər fakultəsinin dekanı və rus dili kafedrasının dosentləri Əhmədova Kəmalə və Ələkbərova Kubra ,müəllim Qafarova Gülnar iştirak etmişdilər.