Fransız dili
Fransız dili kafedrası haqqında məlumat
Kafedranın tarixi.
1999- 2014–cü tədris ilindən Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində Fransanın Strasburq şəhərinin Mark Blok – 2 Universiteti və GDU arasında baglanmış müqaviləsinə əsasən fransız dili filyeri fəaliyyət göstərməyə başlamışdır. Xarici Dillər fakültəsinin nəzdində 2006 – ci ildən Fransız dili kafedrası fəaliyyət göstərir.
Kafedranın strukturu.
Kafedra müdiri: b/m. Orucov Məhərrəm
Kafedra müdiri, b/m. Orucov Məhərrəm 4 müəllim, 6 baş müəllim, 1 preparotor işləyir. Fransız- dili kafedrasının professor- müəllim heyətinin siyahısı:
- Orucov Məhərrəm Alı oğlu
- Hüseynova Zemfira Qanboy qızı
- Həmidov Anar Mühiddin oglu
- İsgəndərova Vüsalə Fazil qızı
- Əliyeva Aygün İlham qızı
- Şamilova Şahnaz Vaqif qızı
- Abbasova Yaqut Novruz qızı
- Hüseynova Günel Mayıl qızı
- Orucova Ruqiyyə Namizəd qızı
Tədris köməkci heyətinin siyahısı :
- Nəsibova Günel Nizaməddin qızı
- Eminova Ayşən Rəşad qızı
Kafedranın tədris – metodiki fənləri.
Kafedrada əməkdaşlıq edən müəllimlər fransız dilini həm ixtisas, həm də qeyri- ixtisas fakültələrində tədris edirlər. Əməkdaşlıq müqaviləsində göstərildiyi kimi fransız dili ixtisasında aşagıdakı fənlər tədris edilir :
- Nitq praktikası I- IV kurslar ( 8 semestr)
- Proqressiv qrammatika I-II kurslar (4semestr)
- Proqressiv fonetika I-II kurslar (4semestr)
- Üslubiyyat IV kurs (7-ci semestr)
- Fransa ədəbiyyatı I-II kurslar (4semestr)
- Tərcümə III kurs (5- 6 – cı semestr)
- Fransız dilinin tədrisi metodikası II kurs (4- cü semestr)
- Fransa sivilizasiyası və mədəniyyəti II kurs (4- cü semestr)
- Nəzəri fonetika III kurs (5 – ci semestr)
- Leksikologiya III kurs (5 – ci semestr)
- Dil tarixi IV kurs (7-ci semestr)
- Ümumi dilçilik və linqvistik seminar III kurs (6 – cı semestr)
- Nəzəri qrammatika III kurs (6 – cı semestr)
- Ədəbiyyat nəzəriyyəsi IV kurs (7-8 – ci semestr)
- Tərcümə nəzəriyyəsi II kurs ( 3 -cüseıestr)
- Ölkəşünaslıq 4 kurs ( 7 – ci semestr)
Fənn proqramları.
2007-ci il tədris planına uyğun olaraq kafedramızın müəllimləri Fransız dili ixtisasında keçilən bir sıra fənlər üçün dərs proqramları hazırlamışlar. Tərtib edilmiş bu proqramlar əvvəlcə kafedra iclaslarında, sonra isə fakültə elmi şurasında müzakirə edilərək universitet elmi şurasının 21.10.2008 və 25.12.2009 tarixli (3 saylı protokol) əmrləri ilə təsdiq edilmişlər.
- Yazılı və şifahi nitq praktikası üzrə proqram. Tərtibçi b/m R. Allahverdiyeva.
- 2. Proqressiv qrammatika üzrə proqram . Tərtibçi m. V. İsgəndərova.
3.Proqressiv fonetika üzrə proqram.Tərtibçi b/m. Z. Hüseynova
- Fransa ədəbiyyatı üzrə proqram. Tərtibçilər- b/m. Z. Hüseynova; m. A Əliyeva.
- Ölkəşünaslıq üzrə proqrqm. Tərtibçi m. V. İsgəndərova
- Fransız dilinin tədrisi metodikası üzrə proqram. Tərtibçi b/m M. Orucov.
7.Qeyri – ixtisas quruplarda fransiz dili üzrə proqram. Tərtibçi b/m. Z.Hüseynova,
b/m. R. Allahverdiyeva, m. T. Muradova.
- Fransız dilinin nəzəri fonetikası (Tərtib edən. B/m. Z. Hüseynova)
- Fransız dilini leksikologiyası (Tərtib edən. B/m. Z. Hüseynova)
- Ümumi dilçlik ( Tərtib edən . B/m. M. Orucov)
- Fransız dilinin nəzəri qrammatikası ( Tərtib edən . B/m. M. Orucov)