Fakültə haqqında

Xarici dillər fakültəsi haqqında məlumat

         Gəncə Dövlət Universitetinin 8 fakültəsindən biri olan Xarici dillər fakültəsi 1998-ci ildə Tarix-filologiya fakültəsinin tərkibində Xarici dillər şöbəsi 44 tələbə ilə fəaliyyətə başlamışdır.Bunlardan 22nəfəri İngilis dili ixtisasında, 22 nəfəri isə Rus dili ixtisasında təhsil almışlar. 1999-cu ildə şöbəyə Fransız dili ixtisası ilə fəaliyyətə əlavə olunmuşdur.Bu ixtisas 20 tələbə ilə fəaliyyətə başlamışdır.

2002-ci ildə şöbədə tələbələrin sayı 465 nəfər olduğuna görə yeni Xarici dillər fakültəsi yaradılmışdır.2005-ci ildə fakültədə Alman dili ixtisası açılmışdır.Bu ixtisas 15 tələbə ilə tədrisə başlamışdır.2011-ci ildə fakültənin ixtisaslarına Tərcümə ixtisası əlavə olundu. Birinci ili bu ixtisasa 15 tələbə daxil oldu.Beləliklə, hal-hazırda  Xarici dillər fakültəsində 5 ixtisasda mütəxəssislər hazırlanır.

Hal-hazırda fakültədə beş ixtisas üzrə 616 tələbə təhsil alır.

Fakültənin strukturunda 6 kafedra göstərir.

  1. Leksika və ölkəşünaslıq- Kafedra müdiri dos. Sevda Kazımova
  2. Fransız dili-Kafedra müdiri f.f.d dos. (attestatsız) Məhərrəm Orucov
  3. Qrammatika və ingilis dilinin tədrisi-Kafedra müdiri dos Abdullayeva Elnarə
  4. Rus dili-Kafedra müdiri dos.Kəmalə Əhmədova
  5. Alman dili-Kafedra müdiri dos. Elvin Atakişiyev
  6. Praktik xarici dillər-Kafedra müdiri dos.Zahirə Əliyeva

Bu kafedralarda 16 nəfər fəlsəfə doktoru, 53 nəfər b/m, 14 nəfər müəllim cəmi 89 nəfər və 32 nəfər tədris-köməkçi heyyəti işləyir.

Hal-hazırda fakültənin müəllimlərindən 22 nəfəri doktoranturada təhsil alır.

Fakültənin dekanlığında dekan-dos.Əjdər Əsgərov, Tədris işləri üzrə  dekan müavini baş müəllim  Məleykə Aslanova, Humanitar məsələlər üzrə dekan müavini  p.f.d. Babayeva Arzu ,  1 mühəndis proqramçı-Reyhan Şəmsizadə, 1 operator-Fəridə Abbasova  işləyir.

İctimai əsaslarla fakültədə Həmkarlar təşkilatının sədri dos. Əliyeva Sevda, Tələbə Həmkarlar Təşkilatının sədri , Tələbə Gənclər Təşkilatının sədri ???, TEC-nin sədri Məsimov Emin fəaliyyət göstərir.

Fakültədə Elmi Şurasının üzvü 21 nəfərdən ibarətdir.

Fakültələr üzrə “Fakültə Metodik Qrup”ların tərkibi aşağıdakı qaydada təsdiq edilib:

  1. dos Əsgərov Əjdər – fakültə dekanı
  2. b/m  Aslanova Məleykə – Tədris işləri üzrə dekan müavini
  3. p.f.d Babayeva Arzu -Humanitar məsələlər üzrə dekan müavini
  4. dos. Kazımova Sevda – Leksika və ölkəşünaslıq
  5. dos. Abdullayeva Elnarə – Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdir
  6. dos. Əliyeva Zahirə – Praktik Xarici dillər kafedrasının müdiri
  7. dos.Əhmədova Kəmalə – Rus dili kaf.müd.
  8.  dos (att-sız) Orucov Məhərrəm – Fransız dili kaf müd
  9. dos. Atakişiyev Elvin – Alman dili kaf müd

 

 

 

Bir cavab yazın