Tədris işləri üzrə dekan müavini

Tədris işləri üzrə dekan müavini

    Baş müəllim Aslanova Məleykə İsfəndiyar qızı  1972-ci il 18 avqustda Gəncə şəhərində anadan olub. 1988-1993-cü illərdə Xarici Dillər İnstitutunu bitirmişdir.1993-cü ildən müəllimlik fəaliyyəti ilə məşğuldur. Hal-hazırda GDU-nun Qrammatika və ingilis dilinin tədrisi kafedrasında baş müəllim və Xarici dillər fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır.

Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavini

Dosent  Mehriban Oktay qızı Məmmədova 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1988-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki GDU) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirərək  Gəncə şəhəri 27 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. 30 sentyabr 2000-ci ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasına müəllim, 2024-cü ildə baş müəllim təyin edilmişdir. 2019-cu ildən Filologiya fakültəsinin  tədris işləri üzrə dekan müavini, 16.01.2025-ci il tarixdən 2026-cı ilin aprel ayına qədər dekan vəzifəsini icra etmişdir. 2026-cı ildən Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavinidir.

     Mehriban Məmmədova ümumilikdə 25 elmi məqalə və konfrans materialının müəllifidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.