Humanitar işlər üzrə dekan müavini

 Babayeva Arzu Tahir  qızı 

Babayeva Arzu Tahir Qızı 1988-ci il 29 noyabrda  anadan olmuşdur.

1994-cü ildə Gəncə şəhəri 2 saylı orta məktəbə daxil olmuş, 2005-ci ildə 28 saylı orta məktəbi bitirmişdir.2005-ci ildə Gəncə Dövlət Universitetinin “İngilis dili” ixtisasına daxil olmuş, 2009-cu ildə  fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır. 2009-2011-ci illərdə Gəncə Dövlət Universitetinin “Pedaqogikanın tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2012-ci ildə Pedaqogika və tarixin əsasları kafedrasına fəlsəfə doktoru proqramı əsasında Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) əsasında – 5801.01 ixtisası üzrə doktorant qəbul olunmuşdur. 2018-ci ildə “Ali məktəblərin dil fakültələrinin I-II kurslarında ingilis dilində diskursiv kompetensiyanın formalaşdırılması yolları” mövzusunda dissertasiya işini müdafiə etmiş, 05.05.2021-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2012 –ci ildən Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsinin “Praktik xarici dillər” kafedrasının müəllimidir. 20 elmi məqalənin, 3 dərs proqramının, beynəlxalq və respublika konfranslarının iştirakçısıdır.