





Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilovanın “Essenin təsnifatı” mövzusunda keçirilən açıq dərsi müasir dövrdə tələb olunan akademik yazı üslubunun vacib istiqamətlərindən biridir. Bu mövzunu öyrənmək müəyyən sahələrdə (bakalavr, magistr, doktorantura və s.) imtahan verəcək namizədlər üçün çox vacibdir. Gələcəyin müəllimlərinin bu mövzunu mənimsəmələri çox vacibdir.
Dərsin məqsədləri təqdimatda aydın şəkildə qeyd olunmuşdu və tələbələrin bilik səviyyəsinə uyğun hazırlanmışdı.
Dərsin gedişatı zamanı qiymətləndirmə növlərinin (məsələn, formativ qiymətləndirmənin üsulları: özünüqiymətləndirmə, yoldaş qiymətləndirməsi) praktiki olaraq nümayiş etdirildi. Dərs müasir tələblərə uyöun hazırlanmışdır. Dərsdə tələbələrin aktivliyi müşahidə olunurdu. Tələbələrin “44 günlük müharibə tələbələrin güzü ilə” mövsunda hazırladıqları esselər çox yüksək qiymətləndirildi.
Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri dosent Elnarə Abdullayeva, tədris işləri üzrə dekan müavini baş müəllim Məleykə Aslanova, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının baş müəllim Gülər Sadıqova iştirak etmişlər.