Humanitar işlər üzrə dekan müavini
Babayeva Arzu Tahir Qızı 1988-ci il 29 noyabrda anadan olub.
2005-ci ildə Gəncə Dövlət Universitetinin “İngilis dili” ixtisasına daxil olmuş, 2009-cu ildə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır. 2009-2011-ci illərdə Gəncə Dövlət Universitetinin “Pedaqogikanın tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2018-ci ildə “Ali məktəblərin dil fakültələrinin I-II kurslarında ingilis dilində diskursiv kompetensiyanın formalaşdırılması yolları” mövzusunda dissertasiya işini müdafiə etmiş, 05.05.2021-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2012 –ci ildən Gəncə Dövlət Universitetinin “Praktik xarici dillər” kafedrasının müəllimidir. 1 dərs vəsaitinin, 25 elmi məqalənin, 4 dərs proqramının, beynəlxalq və respublika konfranslarının iştirakçısıdır.