



4 noyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının müəllimi Xanbatova Ruhanə Müslüm qızının Öyrənilən əsas dil-1(fonetika)fənnindən “Azərbaycan ədəbi dilindəki samitlər sistemi” mövzusunda açıq dərsi Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisası I kursunda keçirildi.
Müəllim dərsdə mövzu haqqında ətraflı məlumat verdi.
Azərbaycan ədəbi dilində samitlər sistemi dilimizin fonetik quruluşunun əsas tərkib hissələrindən biridir. Samit səslərin düzgün tələffüzü, təsnifi və yazıda ifadəsi ədəbi dil normalarının qorunmasında, düzgün və aydın nitqin formalaşmasında mühüm rol oynayır. Samitlər sisteminin öyrənilməsi tələbələrin fonetik biliklərini zənginləşdirir və nitq mədəniyyətinin inkişafına kömək edir.
İstifadə olunan təlim vasitələri
Mövzunun tədrisi zamanı aşağıdakı təlim vasitələrindən istifadə olunmuşdur:
Əyani vəsaitlər – samit səsləri əks etdirən cədvəl və sxemlər.
İKT vasitələri – elektron təqdimat və slaydlar.
Vizual materiallar – mövzuya uyğun şəkillər və illüstrasiyalar.
Didaktik materiallar – kartlar və tapşırıq vərəqləri.
İnteraktiv vasitələr – sual-cavab, müzakirə və fərdi tapşırıqlar. İstifadə olunan təlim vasitələri mövzunun daha aydın, maraqlı və interaktiv mənimsənilməsinə şərait yaratmış, tələbələrin fəallığını və dərsə marağını artırmışdır.