







Tədbirin əsas məqsədi Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi milli birlik və həmrəylik ruhunu gənc nəslə aşılamaq, tələbələrin Azərbaycanın şanlı Zəfər tarixi, Qarabağın tarixi və milli-mənəvi dəyərlərimiz haqqında biliklərini artırmaq idi.
Yarışda fakültənin tələbələrindən ibarət 10 komanda iştirak etdi. Komandalar müxtəlif mövzular üzrə sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılandı. I yerə Qarabağnamə və Zəfər fatehləri komandaları layiq görüldü. İştirakçılara sertifikatlar verildi.
İntellektual yarış çərçivəsində Vətən müharibəsində xalqımızın göstərdiyi misilsiz qəhrəmanlıqdan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən və bu qələbənin xalqımızın milli yaddaşındakı əhəmiyyətindən bəhs olundu.