“Qimətləndirmə növləri və tapşırıqlar” mövzusunda açıq dərs keçirildi

Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Zülfiyyə Qəhrəmanovanın “Qimətləndirmə növləri və tapşırıqlar” mövzusunda keçirilən açıq dərsi müasir kurikulumun ən aktual və pedaqoji baxımdan vacib istiqamətlərindən birini əhatə edir. Bu cür dərs həm şagirdlərin nailiyyətlərini düzgün izləmək, həm də müəllimlərin metodiki hazırlığını nümayiş etdirmək üçün bir vasitədir. Mövzunun aktuallığı müasir təhsil sisteminin şagirdyönümlü və nəticəyönümlü kurikulumstandartlarına keçidi ilə birbaşa bağlıdır. Dərsin məqsədi şagirdlərə təkcə qiymət almağı deyil, öz öyrənmə proseslərini (diaqnostik, formativ, summativ) anlamağı və tapşırıqların bu növlərə uyğunluğunu dərk etməyi öyrətməkdir.

 Dərsin məqsədləri  təqdimatda aydın şəkildə qeyd olunmuşdu və tələbələrin bilik səviyyəsinə uyğun hazırlanmışdı.

Dərsin gedişatı zamanı qiymətləndirmə növlərinin (məsələn, formativ qiymətləndirmənin üsulları: özünüqiymətləndirmə, yoldaş qiymətləndirməsi) praktiki olaraq nümayiş etdirildi. Tapşırıqların asandan çətinə (Blum taksonomiyasına uyğun: bilmə, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə) sıralanması tələbələrin tənqidi təfəkkürünü inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu.Əks-əlaqə zamanə (Feedback) müəllimin şagirdlərə verdiyi rəylərin konstruktiv və istiqamətverici olması (məsələn, “Nəyi düz etmisən və daha yaxşı necə edə bilərsən?”) dərsin effektivliyini artırmaq üçün nəzərdə tutulub.

Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, kafedranın müdiri dosent Elnarə Abdullayeva, tədris işləri üzrə dekan müavini baş müəllim Məleykə Aslanova, proqram özünüqiymətləndirmə komissiyasının üzvü baş müəllim T. Cəlilova iştirak etmişlər.