Fransız dili ixtisasında tələbələr “conversation”klub təşkil etdilər

03.11.2026-cı il tarixdə Fransız dili ixtisasında tələbələr tərəfindən “Conversation” klub təşkil olundu. Kluba l,ll,lll kurs tələbələri cəlb olunmuşdur. Klubun işində hər dərsdə bir mövzu müzakirə olundu. İştirak edən bütün tələbələr aktivlik göstərirdilər. Tələbələr interaktiv şəkildə bir-birinə suallar verir və cavablandırırdilar. Bu klub tələbələrin bilik səviyyəsinin inkişafına kömək edir. Bu gün klubun işində fakültə dekanı Yadigar Əliyev, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov və kafedranın baş müəllimi Anar Həmidov iştirak etdilər.