






Filologiya və xarici dillər fakültəsində “Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü”nə həsr olunmuş “Rəqəmsal dövrün elmi sabaha aparan yoldur” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Məmmədova iştirakçıları salamlayıb, elmin cəmiyyət və gələcək nəsillər üçün daşıdığı əhəmiyyətdən danışdı.
Tədbirdə Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov “Süni intellekt və elm”, Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev “Elm və təhsilin inteqrasiyası”, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova isə “Azərbaycan elmi beynəlxalq arenada” mövzusunda maraqlı məruzələrlə çıxış etdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Xədicə Ələkbərova “Müharibədən əməkdaşlığa: Elmin qurduğu körpülər” adlı çıxışı xüsusi maraq doğurdu. Tədbir tələbə və müəllim heyətinin aktiv müzakirələri, eləcə də maraqlı fikir mübadiləsi ilə başa çatdı.