Filologiya və xarici dillər fakültəsində ilk dərs saatları “Zəfər Günü”nə həsr edildi

8 Noyabr – Zəfər Günü xalqımızın tarixində ən şanlı və unudulmaz günlərdən biridir. Bu münasibətlə fakültədə ilk dərs saatları “Zəfər Günü”nə həsr edildi.

Dərs zamanı tələbələrə Vətən müharibəsində qazanılan tarixi Qələbə, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq haqqında ətraflı məlumat verildi. Tələbələr Vətənə məhəbbət, dövlətə sədaqət və milli qürur hisslərini ifadə edən şeirlər söylədilər, təqdimatlar etdilər.

Ilk dərs saatlarında  44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın birliyi, ordumuzun gücü və şəhidlərimizin qanı bahasına əldə olunduğu vurğulandı.

Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

Qarabağ Azərbaycandır! Zəfərimiz daim olsun!