
2026-cı il noyabrın 6-da Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Xarici dillər fakültəsinin Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Ayşən Mahir qızı Hüseynovaya fəlsəfə doktoru diplomunu təqdim etmişdir.
Ayşən Mahir qızı Hüseynova 2026-cı il oktyabrın 8-də fəlsəfə doktoru elmi dərəcəsi üzrə diplomu almışdır.
Ayşən Mahir qızı Hüseynova 2025-ci il sentyabrın 30-da 5704.01 – Dil nəzəriyyəsi ixtisası üzrə “Morfoloji tipologiyada dil tiplərinin müəyyənləşdirilməsi kriteriyaları” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
Bu uğur uzun illər ərzində aparılan sistemli elmi araşdırmaların, yüksək peşəkarlığın və akademik məsuliyyətin nəticəsidir. Fakültə kollektivi olaraq həmkarımızı ürəkdən təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
