Filologiya və xarici dillər fakültəsində tələbə elmi seminarı keçirildi

Filologiya və xarici dillər fakültəsində tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, onların elmi araşdırma bacarıqlarının inkişaf etdirilməsi və akademik mühitə inteqrasiyasının təşviqi məqsədilə tələbə elmi seminarı keçirilmişdir.

Seminarda fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Tədbir çərçivəsində tələbələrin müxtəlif elmi mövzular üzrə hazırladıqları məruzələr dinlənilmiş, mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Müzakirələr zamanı tələbələrin elmi axtarışları, mövzulara yanaşmaları və tədqiqat bacarıqları diqqətə çatdırılmış, onlara müvafiq tövsiyələr verilmişdir.

Seminar tələbələrin elmi potensialının üzə çıxarılması, tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və elmi fəaliyyətə təşviqi baxımından əhəmiyyətli olmuşdur.
Seminarda çıxış edən Filologiya və xarici dillər fakültəsinin dekanı dos. Yadigar Əliyev tədqiqatçı tələbələrə tövsiyələrin vermiş və onlara uğurlar arzulamışdır.