


Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudovanın “Üslubi fiqurlar və onların növləri” mövzusunda elmi-nəzəri seminarı oldu. Nəzəri seminarda müəllim Azərbaycan bədii dilinin sintaktik-üslubi vasitələri, cümlə kоnstruksiyalarinda üslubi hadisələr barədə geniş məlumat verdi. O, ellipsis, ritorik sual, antiteza, bədii xitab, sintaktik vahidlərdə təkrir və paralеlizmin xüsusiyyətlərini şərh etdi. Nəzəri məlumatlar bədii əsərlərdən götürülmüş nümunələrlə izah edildi. Elmi-nəzəri seminarda müxtəlif slaydlardan istifadə edildi ki, bu da mövzunu daha ətraflı şərhinə şərait yaratdı.