


25.11.2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsinin fransız dili kafedrasında “Oxu və bacarıqlar” fənni üzrə “Kəşf olunacaq iki şəhər. Lilə köçmək” mövzusunda I kurs tələbələri üçün açıq dərs keçirilib.
Baş müəllim Şahnaz Şamilovanın apardığı açıq dərs Edito A1 dərsliyi əsasında təşkil olunub.
Dərsin ilk mərhələsində tələbələrlə II bölmə üzrə təkrar aparılıb. Təkrar zamanı I qrup felləri, quel, quelle, quels, quelles sual sifətlərinin işlənməsi, prendre və descendre fellərinin təsrifi, həmçinin peşə adlarının kişi və qadın cinsində işlənməsi nəzərdən keçirilib. Mövzuya uyğun müxtəlif qrammatik və leksik çalışmalar yerinə yetirilib, tələbələrin bilik və bacarıqları möhkəmləndirilib.
Dərsin növbəti mərhələsində III bölmənin – «Qu’est-ce qu’on mange ?» (Biz nə yeyirik?) mövzusunun tədrisinə başlanılıb. Yeni mövzu çərçivəsində tələbələrin ərzaq məhsulları və qida alış-verişi, restoranda yemək sifariş etmək, eləcə də öz zövq və seçimlərini ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub.
Açıq dərsdə kafedra müdiri və kafedranın müəllimləri iştirak ediblər. Dərs interaktiv təlim metodları əsasında təşkil olunub, tələbələrin fəal iştirakı və fransız dilində kommunikativ bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.