“Xarıcı dil bacarığı” fənnindən açıq praktiki məşğələ dərsi keçirildi

16.11.2026-cı il tarixində Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Nəsibova Bahar Telman qızı tərəfindən İngilis dili müəllimliyi ixtisasının IV kursunda “Xarıcı dil bacarığı” fənnindən açıq praktiki məşğələ dərsi keçirilmişdir.

Dərsin mövzusu “onun həyatımızdakı mahiyyəti”
“Are they worth it?” – yəni “Onlar buna dəyərmi?” (pul və onun həyatımızdakı maliyyə rolu).

Açıq dərsin əvvəlində tələbə qrupunun “Money” mahnısı əsasında mahnıya giriş etdim.Bunula yanaşı bir çox problemlərin müzakirəsi əks olundu.Məsələm, pul bizim həyatımızda nə kimi rol oynayır , onun üstün və mənfi cəhətlərinin qeyd olundu,pul ilə həyatımızda nələrə nail ola bilərik,və ya əksinə nələri əldə edə bilmərik.Xərclərimizin və gəlirlərimizin idarə edilməsi,və əsasəndə günümüzün aktual mövzularından olan gənc nəslin xüsusilədə tələbələrin ölkəni tərk etməsinin səbəbi kimi mövzuların müzakirəsi mühüm yer tuturdu.
Bununla yanaşı, dünya ulduzlarından olan Matt Damon, Leonardo Dicaprio,Mariska Hargitay, Lady Gaga eləcə də müxtəlif xeyriyyə işləri, səhiyyə, təhsil, uşaqların qorunması və fəlakətlərin yadım kimi sahələri dəstəkləmələri məsələlərinə də toxunulmuşdur.
Bundan əlavə olaraq, ölkəmizdə məhşur xeyriyyəçi haqqında ağlımıza gələn ilk H.Z.Tağıyevin ölkəmizin insan inkişafına verdiyi töhfələr əvəz olunmazdır,xüsusilə də, onun ən məhşur təşəbbüslərindən biri, Bakıda Qızlar üçün məktəbin yaradılması olub.

Nəticədə pul həyatın son məqsədi deyil, vacib bir vasitədir. Maddi sərvət qazanmaq , xərcləmək, qənaət etmək və bölüşmək üçün balanslı bir yanaşma, insanların daha sağlam və inkişaf etmiş bir cəmiyyət qurmasına tphfə verərək maliyyə sabitliyinə çatmasına kömək edə bilər.