20 noyabr 2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsinin tələbələri üçün Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsinin qalibi olan “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası” layihəsi çərçivəsində təlim keçirildi. Təlim proqramı çərçivəsində tələbələr elektron ticarətin əsas prinsipləri, rəqəmsal biznes imkanları, məlumatların təhlili və bu bacarıqların sahibkarlıq fəaliyyətində tətbiqi istiqamətində ətraflı məlumat əldə etdilər. Təlim interaktiv formada təşkil olundu. Layihənin diqqətçəkən istiqamətlərindən biri də fəal biznes ideyalarına malik gənclərin təşviq etmək idi. Sonda tələbələrə sertifikat və hədiyələr təqdim olundu.



