Tələbələrimiz Vətən müharibəsinə həsr olunmuş “44” filmini izlədi

Filologiya və xarici dillər fakültəsinin bir qrup tələbəsi, dekan dosent Yadigar Əliyev və Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva ilə birlikdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” tammetrajlı filmini izlədilər.

Olduqca təsirli və möhtəşəm ekran əsəri olan film 44 günlük müharibənin qəhrəmanlıq salnaməsini, xalqımızın mübarizə əzmini, Vətən sevgisini və Zəfərə gedən yolda yaşananları bir daha gözlərimiz önündə canlandırdı.