Filologiya və xarici dillər fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətinin daha da inkişaf etdirilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması və gənc tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsi məqsədilə cəmiyyətin rəhbər heyətinin seçkisi keçirildi.
Seçkinin nəticələrinə əsasən, xarici dil müəllimyi (ingilis dili) III kurs tələbəsi Məmmədova Sevgi Ramil qızı Filologiya və xarici dillər fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri, filologiya ixtisası I kurs tələbəsi Babayeva Leyla və tərcümə ixtisası I kurs tələbəsi Hüseynova Alsu isə sədr müavinləri seçildilər.
Yeni seçilmiş rəhbər heyətin qarşısında tələbələrin elmi potensialının üzə çıxarılması, elmi diskussiyaların, seminarların, konfransların və müxtəlif tədqiqat yönümlü layihələrin təşkili, eləcə də tələbələr arasında elmi əməkdaşlıq mühitinin formalaşdırılması kimi mühüm vəzifələr dayanır.
İnanırıq ki, yeni rəhbər heyət öz fəaliyyəti ilə fakültədə elmi mühitin canlanmasına, tələbələrin tədqiqat bacarıqlarının inkişafına və gənc alimlərin yetişməsinə töhfə verəcək.
Seçilən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!








