


Filologiya və xarici dillər fakültəsinin Fransız dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nihad Kərimov uşu-sanda idman növü ilə məşğul olur və müxtəlif yarışlarda uğurla iştirak edir.
Nihad Kərimov noyabrın 13–17-də Türkiyənin Bolu şəhərində keçirilən IX Açıq Balkan Birinciliyində iştirak edərək öz gücünü sınayıb. İki döyüş keçirən idmançımız qarşılaşmalardan birində qələbə qazanıb, digərində isə məğlub olub.
Nəticədə Nihad Kərimov yarışın III yerinə layiq görülərək bürünc medal əldə edib.
Tələbəmizi qazandığı nailiyyət münasibətilə təbrik edir, ona təhsilində və idman karyerasında yeni uğurlar arzulayırıq!
