Gəncə Dövlət Universitetinin (GDU) Müasir Təlim Mərkəzinin təşkilatçılığı ilə Filologiya və Xarici Dillər fakültəsinin birgə əməkdaşlığı çərçivəsində “İnnovasiyanın idarə edilməsi” mövzusunda təlim keçirilib.
20 oktyabr 2026-cı il tarixində GDU-nun 5-ci tədris binasında yerləşən Müasir Təlim Mərkəzində təşkil olunan təlimdə innovasiyaların idarə edilməsi, yeni ideyaların inkişaf etdirilməsi və müasir yanaşmaların tətbiqi məsələlərinə diqqət yetirilib.
Təlimi GDU-nun İnnovasiya və Texnologiyaların Transferi şöbəsinin müdiri Razim Əliyev aparıb. Təlim çərçivəsində innovasiyanın əhəmiyyəti, onun idarə olunması prinsipləri və müxtəlif sahələrdə tətbiqi imkanları barədə məlumat verilib.
Tədbirin əsas məqsədi iştirakçıların innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, müasir idarəetmə yanaşmaları barədə biliklərinin artırılması və yeni ideyaların reallaşdırılması istiqamətində bacarıqlarının formalaşdırılması olub.
Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi universitetdə innovasiya mədəniyyətinin təşviqinə, müasir təhsil yanaşmalarının tətbiqinə və akademik mühitdə yeniliklərə marağın artırılmasına xidmət edir.