“1960-1980-Cİ İLLƏRDƏ NƏSR VƏ DRAMATUPGİYA. İLYAS ƏFƏNDİYEVİN DRAMATURGİYASI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

19 oktyabr 2026-cı il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Nazəndə Hacıyevanın Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda Ən yeni Azərbaycan ədəbiyyatı fənnindən “1960-1980-ci illərdə nəsr və dramaturgiya. İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir. Dərs Nazəndə Hacıyeva tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris resursları qaydalara uyğun şəkildə tərtib edilmişdi. Dərsdə mövzuya hazırlıq, tədris materiallarına yanaşma, dürüst və hərtərəfli şəkildə idi.

Dosent Nazəndə Hacıyeva 1960-80- ci illərin nəsr və dramaturgiyası və o kontekstdə İlyas Əfəndiyevin dramaturgiyasına dair tələbələrə hərtərəfli məlumat verdi. Dərs olduqca yüksək şəkildə təşkil edilmişdi.