19 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Seçmə fənn “Söz yaradıcılığı”-da “Fonetik söz yaradıcılığında analitizim və aqlütinativizim mərhələsi” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi kurs VI qrup 1,2 açıq dərsi keçirildi.
Açıq dərsdə flektiv, aqlütinativ, amorf dillərdən, onların xüsusiyyətlərindən geniş danışıldı. Analiktiklik və flektivliyin daha çox Hind-Avropa dillərinə aid olmasından, analitik dillərdə sözün əvvəlinin dəyişib sonunun dəyişməz qalmasından, türk dillərində analitizmin monosillablardan disillablara keçid mərhələsində baş verdiyindən məlumat verildi. Dərs yüksək fəallıq şəraitində keçdi.



