21 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın “Dil, nitq və kommunikativ məqsəd” mövzusunda elmi-nəzəri seminarı oldu.
Çıxışçı, praqmalinqvistikanın dil vahidlərindən konkret kommunikativ şəraitdə necə istifadəsini araşdıran elm sahəsi olduğunu qeyd etdi və göstərdi ki,tədqiqat obyekti olan nitq aktları nəzəriyyəsinə görə insanlar danışarkən yalnız fikir ifadə etmirlər , həm də müəyyən fəaliyyət həyata keçirirlər.Məruzəçi nitq fəaliyyətinin 3 mərhələyə bölündüyünü qeyd edərək müəyyən nümunələrlə öz fikrini əsaslandırdı. Eyni zamanda, dilin yalnız statik qaydalar sistemi deyil,insanların bir-birini anlamaq,təsir etmək və ya manipulyasiya etmək üçün istifadə etdiyi canlı sosial davranış forması olduğunu söylədi. Elmi-nəzəri seminarda Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, dosent Gülcöhrə Mehrəliyeva, dosent Gülrux Hüseynova və başqa müəllimlər iştirak etdilər.

