06 aprel 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində Fransız dili kafedrasının baş müəllimi Şahnaz Şamilovanın I kurs tələbələri üçün tədris etdiyi “Xarici dilin kommunikativ fonetikası” fənni üzrə “[f] və [v] samit səsləri” mövzusunda açıq dərs keçirilmişdir.
Dərs fonetika baxımından olduqca aktual və praktik yönümlü təşkil olunmuşdur. Mövzunun izahı zamanı müəllim [f] və [v] səslərinin artikulyasiya xüsusiyyətlərini, tələffüz zamanı yaranan fərqləri və onların kommunikativ nitqdə rolunu tələbələrə izah etmişdir.
Mövzuya uyğun olaraq tələbələrə video və dinləmə materialları, eləcə də musiqili fonetik çalışmalar təqdim olundu. Bu materiallar vasitəsilə tələbələr [f] və [v] səslərinin düzgün tələffüzünü dinləyərək onları daha effektiv şəkildə mənimsədilər və praktik bacarıqlarını inkişaf etdirdilər. Daha sonra fərdi fəaliyyətlər və dialoqlar vasitəsilə dərs prosesi müasir yanaşma əsasında davam etdirildi. Tələbələr [f] və [v] səsləri ilə başlayan cümlələr qurdular,qısa şeirlər oxudular. Müəllim tələbələrin çıxışları zamanı buraxdıqları fonetik səhvləri təhlil edərək düzgün tələffüz variantlarını izah etdi.






Ümumilikdə, interaktiv şəkildə təşkil olunmuş bu açıq dərs müəllimin yüksək peşəkarlığı və tələbələrin aktiv iştirakı ilə yadda qalaraq iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.