“Müasir dilçilikdə leksik təhlil metodları” mövzusunda seminar keçirildi

03.03.2026-cı il tarixdə Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Ayşən Hüseynovanın “Müasir dilçilikdə leksik təhlil metodları” mövzusunda seminarı keçirildi. Seminarın məqsədi müasir dilçilikdə leksik vahidlərin tədqiqində istifadə olunan metodların elmi və praktiki əhəmiyyətini izah etmək idi. Tədbir çərçivəsində dilin lüğət sistemini öyrənməkdə semantik, komponent və kontekstual təhlil metodlarının rolu müzakirə olundu.

Semantik təhlil metodunun sözlərin mənasını və mənalararası əlaqələrini müəyyən etməkdə önəmli olduğu vurğulandı. Komponent təhlili vasitəsilə sözlərin daxili strukturu və mənalarının tərkib elementləri araşdırıldı. Kontekstual təhlil metodunun müxtəlif mətnlərdə və kommunikativ situasiyalarda sözlərin istifadəsini öyrənmək üçün əhəmiyyətli olduğu qeyd edildi. Müasir korpus dilçiliyi və texnologiyaların böyük mətn bazalarını təhlil etmək imkanı yaratdığı və tədqiqatları daha obyektiv hala gətirdiyi diqqətə çatdırıldı.

Müəllimlərin Fikirləri

Medinə Rzayeva:- Sözlərin semantik quruluşunu başa düşmək üçün leksik təhlilin vacibliyini bildirdi.

Aytən Məmmədova:- Kontekstual təhlilin sözlərin istifadəsini öyrənməkdə əhəmiyyətli olduğunu vurğuladı.

Gülnur İsmayılova:- Leksik təhlil metodlarının dilin strukturunu dərindən başa düşmək üçün vacib olduğunu qeyd etdi.

Bütün müəllimlər seminarın həm nəzəri biliklərin artırılması, həm də praktik tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından faydalı olduğunu qəbul etdilər.