“REKLAM DİSKURSUNUN LİNQVOKOQNİTİV XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA DİSSERTASİYA MÜZAKİRƏSİ KEÇİRİLDİ

21 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dissertantı Elzanə Musayevanın (ixtisas: 5704.01 “Dil nəzəriyyəsi”) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Reklam diskursunun linqvokoqnitiv xüsusiyyətləri ” mövzusunda təqdim etdiyi dissertasiyasının müzakirəsi keçirildi.
İclası Azərbaycan dili kafedrasının müdiri: professor Telman Quliyev açaraq, gündəlik məsələ ilə iclas iştirakçılarını tanış etdi.
Dissertant Elzanə Musayeva dissertasiya mövzusu barədə ətraflı məlumat verdi. Mövzu ilə bağlı verilən sualları ətraflı cavablandırdı. Çıxış edənlər Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov, dosent Aytən Əhmədova, filologiya üzrə fəlsəfə doktoru Aynur Orucova və digərləri dissertasiya mövzusunun aktuallığından, nəticələrdən danışdılar.
Sonda iddiaçı Elzanə Musayevanın dissertasiya mövzusu tamamlanmış hesab edilsin və müdafiəyə təqdim olunsun.