“AKADEMİK YAZI VƏ ETİKA” FƏNN PROQRAMININ MÜZAKİRƏSİ KEÇİRİLDİ

4 mart 2026-cı il tarixində Azərbaycan dili və Ümumi texniki fənlər və texnologiya kafedralarının birgə iclası keçirildi. İclasda Azərbaycan dili kafedrasının müdiri, professor Telman Ziyatxan oğlu Quliyev və Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Məhəmməd oğlu Cavadovun magistratura təhsil səviyyəsi üçün tərtib etdikləri “Akademik yazı və etika” fənn proqramının müzakirəsi oldu.

  1. Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək bildirdi ki, proqramın tərtibi zamanı ali təhsil üzrə qüvvədə olan normativ sənədlər, magistratura səviyyəsinin tələbləri, eləcə də universitetimizin ixtisas istiqamətləri nəzərə alınmışdır. Hesab edirəm ki, bu proqram magistrantların elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, dissertasiya işlərinin akademik səviyyəsinin artırılmasına və universitetimizdə akademik etik mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.
  2. Magistratura şöbəsinin müdiri, Ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti Emin Yaqubov – Bu fənn magistr hazırlığında xüsusi əhəmiyyət daşıyır. Proqramda akademik mətnin yazılma qaydaları, elmi üslubun xüsusiyyətləri, düzgün istinad sistemi, akademik dürüstlük və elmi etika prinsipləri sistemli şəkildə əhatə olunmuşdur. Xüsusilə akademik etikaya ayrıca yer ayrılmasl müasir ali təhsil mühitində olduqca vacib və aktual yanaşmadır. Proqramın təsdiq olunmasını dəstəkləyir və müzakirə üçün Filologiya və Xarici dillər fakültəsinin Elmi Şurasına göndərilməsini məqsədəuyğun hesab edirəm.
  3. Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov – Proqramda diqqəti çəlb edən əsas problemlərdən biri də budur ki, burada dinləyici fəallığının artırılması üsullarına xüsusi yer verilir. Həmçinin süni intelektlərdən istifadə inkanları da nəzərə alınır. Süni intelekt ən yaxşı halda informasiya bazasının canlandırılmasına xidmət edir.Bu proqram əsasında yeni texnologiyalı əks etdirən təlim materialları hazırlanması nəticəyönümlülük baxımından əhəmiyyətli hesab oluna bilər.Mən də verilən təkliflə razıyam.
  4. Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru Yadigar Əliyev – Proqramın struktor bölmələrinin adından göründüyü kimi burada fənn mövzuları, elmi-nəzəri ədəbiyyat siyahısı, fənnə dair kompetensiyalar öz əksini tapmışdır.
  5. Azərbaycan dili kafedrasının attestatsız dosenti Mehriban Məmmədova – “Akademik yazı və etika” fənni magistratura təhsil səviyyəsində fundamental bir fənn kimi tədris olunur. Çünki, bu fənn bilik ötürmək deyil, həm də elmi düşünmə mədəniyyəti formalaşdırmaqdır. Bu mədəniyyətin əsas elementlərindən biri də akademik yazıdır. Proqramın hazırlanmasında əməyi keçən hər bir kəsə təşəkkür edir və proqramı fakültə Elmi Şurasında müzakirə olunmasını təklif edirəm.
  6. Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova – Elmi tədqiqatların aparılması üçün zəruri olan yazı bacarıqlarına yiyələnmək istənilən təhsil pilləsində zəruri olan məsələdir. Bu fənn proqramı əhatəli, aktual bir tədris vasitəsidir.Təkliflə razıyam.
  7. Ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti Gülçimən Əhədova – Proqramın məzmunu göstərir ki, burada təkcə akademik mətnin texniki tərəfləri deyil, həm də elmi məsuliyyət, müəllif hüquqları, etik davranış normaları və akademik dürüstlük prinsipləri kompleks şəkildə nəzərə alınmışdır.
  8. Ümumilikdə proqramı
  9. məzmun, struktur və məqsəd baxımından qənaətbəxş hesab edir və təsdiq olunmasını məqsədəuyğun sayıram.
  10. Ümumi texniki fənlər və texnologiya kafedrasının attestatsız dosenti Mətanət Sadıxova – Proqramda akademik yazının əsas prinsipləri, elmi mətnin strukturu, istinad qaydaları, plagiat məsələləri, elmi etika normaları və tədqiqat mədəniyyəti kimi mühüm mövzuların əhatə olunması xüsusilə təqdirəlayiqdir. Eyni zamanda hesab edirəm ki, fənnin tədrisi zamanı praktik məşğələlərə, nümunəvi mətnlərin təhlilinə və real tədqiqat işləri üzərində tətbiqi tapşırıqlara daha geniş yer verilməsi tələbələrin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsinə daha da müsbət təsir göstərəcəkdir.