“OMONİMLƏR VƏ ONLARIN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

4 mart 2026-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Öyrənilən əsas dil fənnindən “Omonimlər və onların səciyyəvi xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilmişdi.Dərs Filologiya ixtisası kurs I və I,II qruplarında təşkil olunmuşdur. Müəllim slaydlardan istifadə edərək omonimlər, onların yaranma yolları növlərindən, omonik hadisələrdən danışdı.Dərs tələbələrlə müsahibə şəklində davam etdi.Tələbələrə omonim və omonim olmayan omoform, omoqraf, omofon, paronimlər, onların oxşar və fərqli cəhətləri haqqında geniş məlumat verildi.