“Müasir ingilis dili tədrisinin nəzəri əsasları” mövzusunda açıq dərs

26/02/2026-ci il tarixdə Filologiya və Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi p.f.d. Babayeva Arzu Tahir qızının “Müasir ingilis dili tədrisinin nəzəri əsasları” mövzusunda açıq dərsi keçirildi. Müəllim dərs haqqında məlmat verərək bildirdi ki, müasir İngilis dili tədrisi (English Language Teaching – ELT) çoxşaxəli və dinamik bir sahə kimi formalaşmışdır. Bu sahə yalnız dilin strukturunun öyrədilməsi ilə məhdudlaşmır, eyni zamanda ünsiyyət bacarıqlarının inkişafı, öyrənənin psixoloji xüsusiyyətləri, pedaqoji prinsiplər və sosial-mədəni kontekstlə sıx bağlıdır. Dil tədrisinin nəzəri əsasları zamanla dəyişmiş, linqvistika, psixologiya və təhsil elmlərində baş verən yeniliklər ELT metodologiyasına birbaşa təsir göstərmişdir.
Müəllim müasir ELT-nin nəzəri əsaslarını, əsas terminoloji anlayışlarını və ənənəvi dil tədrisi metodlarını elmi baxımdan sistemli şəkildə izah etmiş, approach, method, procedure və technique anlayışlarını bir-birindən fərqləndirməyin üsullarını göstərmiş, tələbərə dil tədrisində istifadə olunan ənənəvi metodlardan olan Grammar-Translation, Direct və Audiolingual metodların əsas xüsusiyyətlərinin təhlilini vermişdir.