Filologiya və xarici dillər fakültəsində tələbələr professor – müəllim heyətini təbrik etdi
5 oktyabr “Müəllimlər günü” münasibətilə Filologiya və xarici dillər fakültəsində tələbələr professor – müəllim heyətini musiqi sədaları altında təntənəli şəkildə qarşıladılar. Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə professor- müəllim heyətinə ürək sözləri yazılmış xatirə vərəqləri hədiyyə edildi.













