


20 noyabr 2026-cı il tarixində Gəncə İdman Sarayında TECHERA şirkətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və GBARJ platformasının təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” sərgisi keçirildi.
Regional iqtisadi inkişafın, sahibkarlığın, innovasiyaların və biznes əməkdaşlığının təşviqinə xidmət edən sərgi müxtəlif sahələrin nümayəndələrini, iş adamlarını, sahibkarları və gəncləri bir araya gətirdi.
Filologiya və xarici dillər fakültəsinin tələbələri də sərgidə iştirak edərək müxtəlif şirkət və təşkilatların fəaliyyəti, müasir biznes mühiti, yeni layihələr, innovativ təşəbbüslər və məşğulluq imkanları ilə tanış oldular.