17 noyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Hüseynova Günay Şəmistan qızının açıq dərsi keçirildi. Açıq dərs Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunun I qrupunda Nitq mədəniyyəti fənnindən “Nitqin zənginliyi, yığcamlığı, təmizliyi, münasibliyi. Mətnin verilmiş tələblərə uyğun yenidən tərtib olunması” mövzusunda keçirildi. Dərsdə Azərbaycan dili kafedrasının müdiri professor Telman Ziyatxan oğlu Quliyev, fakültə dekanı professor əvəzi Yadigar Vəli oğlu Əliyev, dekan müavini dosent Mehriban Məmmədova və Azərbaycan dili kafedrasının müəllim və tədris köməkçi heyyəti iştirak edirdilər.Dərs müasir təlim metodlarına uyğun şəkildə təşkil olunmuşdur. Tələbələrin sual-cavab və müzakirə əsasında fəallığı dərsin daha da maraqlı keçməsinə səbəb oldu.Mövzuya uyğun nümunələr slayd vasitəsilə nümayiş etdirildi.



