Filologiya və xarici dillər fakültəsində Metodiki Şuranın növbəti iclası keçirildi

     20 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində Metodiki Şuranın növbəti iclası keçirilib.

     İclasda gündəlikdə duran bir sıra mühüm tədris və metodiki məsələlər geniş müzakirə olunub. İlk növbədə, tədris prosesində rəqəmsal resurslardan, elektron platformalardan, eləcə də süni intellekt alətlərindən etik və məqsədyönlü istifadə qaydaları üzrə metodiki tövsiyələrin hazırlanması məsələsinə baxılıb; müasir dövrün tələblərinə uyğun olaraq tələbə və müəllim heyətinin bu vasitələrdən səmərəli və akademik dürüstlük prinsipləri çərçivəsində yararlanmasının vacibliyi vurğulanıb.

       Daha sonra payız semestri üzrə cari qiymətləndirmənin aparılması, sərbəst işlərin, kollokviumların və aralıq yoxlamaların təşkilinin vəziyyəti monitorinq edilib, qiymətləndirmə prosesinin obyektivliyinin və şəffaflığının təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

     İclasın cari məsələlər bölməsində isə fakültənin ixtisas kafedralarının əməkdaşları tərəfindən hazırlanmış fənn proqramları müzakirə olunub, proqramların müasir təhsil standartlarına və təlim nəticələrinə uyğunluğu qiymətləndirilərək müvafiq tövsiyə və qeydlər səsləndirilib.

       Müzakirə olunan məsələlər üzrə aidiyyəti tapşırıqlar verilib və müvafiq qərarlar qəbul edilib.