19 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının təşkilatçılığı ilə “Müasir dil tədrisi: innovativ metodlar, rəqəmsal texnologiyalar və elmi perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O, müasir dövrdə xarici dillərin tədrisində innovativ metodların, rəqəmsal texnologiyaların və süni intellekt imkanlarının tətbiqinin aktuallığını vurğulayıb.
Tədbirdə Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev, elmi işlər üzrə dekan müavini, dosent Mehriban Məmmədova, tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Yaqut Hacıyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, müasir dil tədrisinin müxtəlif aspektlərinə dair məruzələr təqdim ediblər.
Konfransın plenar iclasında müasir dil tədrisinin aktual problemləri, innovativ təlim metodlarının tətbiqi, rəqəmsal texnologiyaların tədris prosesində rolu və gələcək inkişaf perspektivləri ətrafında geniş elmi müzakirələr aparılıb. İştirakçılar mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Konfrans elmi fikir mübadiləsi, təcrübə paylaşımı və müasir dil tədrisinin inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.





