









19 may 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində Azad Həmkarlar İttifaqı Komitəsi, Filologiya və xarici dillər fakültəsi, həmçinin bilavasitə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasında önəmli rolundan bəhs etdi.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy böyük şair, görkəmli dramaturq və publisist, ictimai xadim Səməd Vurğunun misilsiz sənətkarlıq imkanlarından, milli və ümumbəşəri məzmun ifadə edən zəngin, çoxşaxəli yaradıcılığından ətraflı söz açdılar.
Gecə çərçivəsində şairin “Vaqif” əsərindən və “Aygün” əsərindən səhnələr nümayiş etdirilmiş, tələbələrin ifasında poetik nümunələr səsləndirilmişdir.