“Dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıqda müasir paradiqmalar və innovativ perspektivlər” adlı elmi konfrans

20 may 2026-cı ildə Gəncə Dövlət Universitetininin Filologiya və xarici dillər fakültəsində TEC-nin rəhbərliyi ilə “Dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıqda müasir paradiqmalar və innovativ perspektivlər” adlı elmi konfrans keçirilmişdir. Tədbirin açılış mərasimində universitet rəhbərliyi, fakültə dekanı Əliyev Yadigar, kafedra müdirləri, müəllim heyəti və tələbələr iştirak etmişdir. Çıxış edən qonaqlar müasir dövrdə dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıq sahələrinin inkişaf perspektivlərindən, elmi araşdırmaların əhəmiyyətindən və gənclərin elmə marağının artırılmasının vacibliyindən bəhs etmişlər.

Konfrans çərçivəsində tələbə və gənc tədqiqatçılar tərəfindən müxtəlif aktual mövzularda məruzələr təqdim olunmuş, innovativ yanaşmalar və müasir elmi paradiqmalar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirin əsas məqsədi tələbələrin elmi fəaliyyətə təşviq olunması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və elmi mühitdə fəal iştirakının dəstəklənməsi olmuşdur.

Sonda konfrans iştirakçılarına təşəkkür edilmiş, gələcək elmi fəaliyyətlərində uğurlar arzulanmışdır.