





Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Oxu, Araşdır, Kəşf Et” adlı növbəti kitab sərgisi V tədris korpusunda təşkil olunub. Sərginin əsas məqsəd tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının tanıdılması və kitab mübadiləsinin təşviq edilməsidir. Tədbirdə GDU-nun elektron kitabxanasından istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib. Eyni zamanda elmi nəşrlər, monoqrafiyalar və bədii ədəbiyyatlar oxuculara təqdim olunub.
“Kitab Paylaş, Bilik Qazandır” adlı kitab ianə qutusuna tələbə və müəllimlər xeyli sayda kitablar hədiyyə ediblər.