28.04.2026-cı il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusubova Aygün Azadil qızının “Cənubi Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin bədii fikrə təsiri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova, Qızılca kənd tam orta məktəbinin direktoru Yeganə İsgəndərova və kafedra əməkdaşları iştirak etmişlər. Uğurlu keçən açıq dərsdə Cənubi Azərbaycan ədəbiyyatının çeşidli mövzuları ətrafında tələbələr aktiv şəkildə müzakirələr apardılar, həmin ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığını geniş və hərtərəfli şərh etdilər.




