Tələbə Elmi Dərnəyinin Seminarı keçirilmişdir

30 aprel 2026-cı il tarixində, Filologiya və xarici dillər fakültəsində Tələbə Elmi Dərnəyinin seminarı keçirilmişdir. Seminarda ingilis dili müəllimliyi ixtisasının II kurs tələbəsi Həsənova Gülçin, III kurs tələbələri Bağırzadə Südabə, İbrahimova İlkanə, Əliyeva Fidan, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbələri Qurbanova Fidan, Əkbərova Rabiyyə öz məqalələri ilə çıxış etdilər. Tədbirdə Fakültə dekanı dos. Yadigar Əliyev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos. Elnarə Abdullayeva, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, dekam müavini Məleykə Aslanova Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova iştirak etdilər. Tələbələrin çıxışı çox maraqla qarşılandı.