“İmparfaît de l’indicatif” mövzusunda açıq dərs

28.04.26-cı il tarixində, Fransız dili kafedrasının baş müəllimi Zenfira Huseynovanın “fransız dili müəllimliyi” ixtisası 1ci kursda “Xarici dilin kommunikativ qrammatikas” fənnindən açıq dərsi olmuşdur. Dərsin mövzusu “İmparfaît de l’indicatif”idi. Tələbələr öyrəndikləri İmparfaît zamanına aid test və tapşırıqlar işlədikdən sonra, dinlədikləri mətndə bu zamana aid felləri tapmaqda fəal iştirak etdilər. Evə verilən qrammatik çalışmalar yoxlanıldıqdan və buraxılan səhvlər izah edildikdən sonra müəllim tələbələrin biliyini elektron jurnalda qeyd etdi.