“XX əsr fransız ədəbiyyatı. Ekzistansializm cərəyanı” mövzusunda açıq dərs

04.05.2026 cı il tarixində II kurs fransız dili ixtisasında “Xarici ölkə ədəbiyyatı” fənnindən Fransız dili kafedrasının dosenti, Aygün İlham qızı Əliyevanın açıq dərsi oldu. Mühazirənin  mövzusu “XX əsr fransız ədəbiyyatı. Ekzistansializm cərəyanı” idi. Mühazirə slayd şəklində hazırlanmışdı. Müəllim İlk öncə tələbələri mühazirənin planı ilə tanış etdi. Planda ilk mövzu Ekzistansializm cərəyanının  yaranması və tarixi idi. Tələbələrə janrın yaranması və tarixi haqqında məlumat verilərək bildirildi ki, bu janr birinci və ikinci Dünya müharibəsindən sonra yaranmış irrasionalist, subyektiv idealist fəlsəfi cərəyandır. Daha sonra planın digər mövzuları olan Ekzistansializm cərəyanının xarakteristikası, əsas mövzu obyektləri,  əsas nümayəndələri, sələfləri  haqqında məlumat verildi.

Dərsin ikinci hissəsində isə Ekzistansializm janrının əsas nümayəndələrindən olan Albert Kamünün “Vəba ” və  Jan Pol Sartrın “Sözlər” romanından hazırlanmış qısa video çarxlara baxaraq tələbələrlə müzakirələr aparıldı. Dərsin sonunda tələbələrlə birlikdə

“Existensialsme” mövzusundakı mühazirəmizi “ Kahoot” proqramında  tərtib edilmiş tapşırıqlar vasitəsilə daha da möhkəmləndirdi.

Açıq dərsin mövzusu tələbələr tərəfindən maraqla qarşılandı. Dərs diskussiya şəklində başa çatdı.