Conversation club fəaliyyətə başladı

Tələbələrin ingilis dilində danışıq bacarıqlarının inkişaf etdirilməsi, sərbəst ünsiyyət mühitinin formalaşdırılması və xarici dilə marağın artırılması məqsədilə universitetdə “Conversation Club” fəaliyyətə başlayıb. Görüş Filologiya və xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın təşkiltaçılığı ilə həyata keçirilib.

Klubun əsas məqsədi tələbələrin ingilis dilində öz fikirlərini sərbəst ifadə etmələrinə, dinləmə və danışıq bacarıqlarını təkmilləşdirmələrinə, həmçinin real ünsiyyət mühitində praktiki dil vərdişləri qazanmalarına dəstək göstərməkdir.

Conversation Club çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr, debatlar, təqdimatlar, rol oyunları, interaktiv tapşırıqlar və komanda fəaliyyətləri təşkil olunacaq. Sessiyalar tələbələrin aktiv iştirakını təmin edəcək şəkildə planlaşdırılıb və hər görüş onların gündəlik və akademik ingilis dili bacarıqlarının inkişafına xidmət edəcək.

Klubun ilk görüşü tələbələr tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar sərbəst danışıq mühitində özlərini ifadə etmək, yeni insanlarla tanış olmaq və dil bacarıqlarını praktik şəkildə inkişaf etdirmək imkanı əldə ediblər.

Qeyd edək ki, “Conversation Club” mütəmadi olaraq keçiriləcək və bütün tələbələrin iştirakı üçün açıq olacaq. Bu təşəbbüs universitetdə xarici dil tədrisinin keyfiyyətinin artırılmasına və tələbələrin beynəlxalq akademik mühitə hazırlanmasına mühüm töhfə verəcək.