
Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bayramdır. Bu əziz gündə dünya müsəlmanları xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirirlər.Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu bayram günlərində ölkəmizin hər yerində Allah yolunda qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün dualar edilir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.Qurban bayramı münasibətilə fakültəmizin bütün əməkdaşlarını və tələbələri səmimi-qəlbdən təbrik edir, xoş arzularımızı çatdırırıq. Qurban bayramınız mübarək olsun!